Silahlı dəstələr humanitar yardımın Qəzzaya çatmasına mane olur

Dünya

23.12.2024 18:35

1657

Silahlı qrupların fəaliyyəti Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olur. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) İsrail rəsmiləri, BMT nümayəndələri və humanitar təşkilatlardan olan mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, anklavda HƏMAS-ın mövqelərinin zəifləməsindən sonra yaranmış hakimiyyət boşluğunu mütəşəkkil cinayətkar qruplar doldurub. Bunun fonunda Qəzza zolağının sakinlərinə humanitar yardım aparan yük maşınlarının qarət edilməsi halları tez-tez baş verir. 

NYT-nin yazır ki, dəstələr sonradan oğurlanmış ərzaqları olduqca yüksək qiymətlərə satırlar. Beləliklə, Qəzzanın cənubunda 24,9 kiloqramlıq bir kisə unun qiyməti 220 dollara çatıb, halbuki, cinayətkarların daha az fəal olduğu anklavın şimalında qiymət təxminən 10 dollara bərabərdir. 

Qəzet qeyd edir ki, bu fonda humanitar təşkilatlar silahlı hücumlardan qorxaraq Qəzzaya ərzaq çatdırmaqdan imtina edirlər.

Töhfə Səməd

tag: Qəzza, Humanitar, Təşkilat, Ərzaq, todaypress.az,