Silahlarını təhvil verməkdən imtina edən Əsəd tərəfdarları axtarılır
Dünya
02.01.2025 17:04
Suriya kəşfiyyat xidmətləri silahlarını təhvil verməkdən imtina edən keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarını axtarır.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” (AP) yazıb.
“Son bir neçə həftə ərzində Əsədin kəşfiyyat və təhlükəsizlik aparatının rəsmiləri həbs edilib” materialda deyilir.
Qeyd olunur ki, Suriyanın digər şəhərlərində olduğu kimi Homsda da Əsədin dövründə xidmət etmiş keçmiş əsgər və təhlükəsizlik məmurlarının silahlarını könüllü olaraq təhvil verə biləcəyi mərkəzlər var. Bundan imtina edənlər kəşfiyyatçılar tərəfindən axtarışa verilir.
Günəş Mərd
tag: Suriya,Əsəd ,Tərəfdar, Silah ,todaypress.az,