“Şido” qasırğası Mayottada həyatı iflic etdi
Dünya
15.12.2024 18:00
Hind okeanında Fransanın dənizaşırı ərazisi olan Mayottanı vuran “Şido” qasırğası nəticəsində ölənlərin sayı 14-ə çatıb.
TodayPress xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.
Arxipelaq sakinlərinə yardım əməliyyatında təxminən 1,6 min polis və jandarm iştirak edir. Regiona tibbi avadanlıqlarla təchiz edilmiş hərbi təyyarə göndərilib.
Küləyin sürəti saatda 200 kilometri ötüb. Hazırda qasırğa səngiyib, lakin Mayottanın bütün sakinlərindən (təxminən 320 min nəfər) xüsusi diqqətli olmaq xahiş edilir.
tag: Hind,Okean,Fransa,Mayottan,Şido,Qasırğa,todaypress.az,