Şiddətli tufan Kanadada həyatı iflic etdi
Dünya
06.01.2025 09:22
Kanadanın Nyufaundlend və Labrador əyalətlərində tufan səbəbindən 8 mindən çox ev və digər obyektlər işıqsız qalıb.
TodayPress xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.
Kanada Milli Hava Bürosundan bildirilib ki, küləyin sürəti bəzi yerlərdə 28 m/s-ə çatıb.
Pis hava şəraiti leysan yağışlarla da müşayiət olunur. Ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir.
tag: Kanada ,Həyat ,İflic, Tufan, todaypress.az,