Sibiqa: "Rusiya cəsarətsizlik nümayiş etdirir"

Dünya

12.05.2025 13:33

10

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiya rəhbərliyini cəsarətsizlikdə ittiham edib.

TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Nazir Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə danışıqlar üçün şəxsən Türkiyəyə – İstanbula getməyə hazır olduğunu bəyan etməsini dəstəkləyib. 

“Əsl lider belə davranır. Heç kimin və heç nəyin arxasında gizlənmir. Rusiya tərəfinin belə cəsarətin kiçik bir hissəsinə belə sahib olması şübhəlidir” Sibiqa bildirib.

Bu bəyanat Rusiya prezidenti Vladimir Putinin mayın 11-də etdiyi çıxışdan sonra verilib. Putin Ukraynaya 2022-ci ildə dayandırılan birbaşa danışıqları bərpa etməyi təklif edib. O iddia edib ki, Ukrayna həmin vaxt saziş layihəsini Qərbin təzyiqi ilə rədd edib.

Türkan İsgəndərli

tag: Ukrayna,XİN,Rusiya,Sülh,todaypress.az,