Si Cinpinin Rusiya səfəri başa çatdı
Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya səfərini başa vurub.
TodayPress xəbər verir ki, bu barədə Çinin "Sinxua" xəbər agentliyi məlumat yayıb.
Səfər çərçivəsində Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə mayın 8-də Moskvada həm ikili, həm də geniş tərkibdə danışıqlar aparıb. Görüşün nəticəsi olaraq iki ölkə dövlətlərarası və idarələrarası səviyyədə sazişlər paketi imzalayıb.
Çin liderinin təyyarəsi Rusiya hava məkanında olduğu müddətdə Rusiya Aerokosmik Qüvvələrinin qırıcıları tərəfindən müşayiət olunub.
Türkan İsgəndərli
tag: Çin,Rusiya,Səfər,Hərbi,todaypress.az,