Si Cinpin Tibetdəki zəlzələ ilə bağlı göstəriş verdi
Dünya
07.01.2025 11:41
Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, güclü zəlzələ baş verən Tibet bölgəsində sakinlərin xilas edilməsi və onlara yardım göstərilməsi üçün maksimum səy göstərilməlidir.
TodayPress xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"İnsanların axtarışı və xilas edilməsi və zərərçəkənlərə tibbi yardımın göstərilməsi üçün səylər göstərilməlidir" Çin lideri bildirib.
Si Cinpinin sözlərinə görə, Çindəki səlahiyyətli idarələrdən ikinci dərəcəli fövqəladə vəziyyətə səbəb ola biləcək riskləri aradan qaldırmaq tələb olunur.
O, həmçinin təxliyə edilənlər və qurbanlar üçün optimal şərait yaratmağa çağırıb.
Qeyd edək ki, seysmoloqlar Tibetdə 6,8 bal gücündə zəlzələdən sonra 49 afterşok qeydə alıblar.
Günəş Mərd
tag: Tibet ,Zəlzələ, Bal, Göstəriş, todaypress.az,