Si Cinpin: “Son 10 il münasibətlərdə sıçrayış dövrü olub”
Çin Xalq Respublikasının sədri Si Cinpin Moskvada keçirilən Qələbə Günü tədbirlərində çıxış edərək son on ilin həm dünya üçün çətin sınaqlar, həm də Rusiya–Çin münasibətlərində mühüm irəliləyişlər dövrü olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Si Cinpin qeyd edib ki, bu müddət ərzində iki ölkə arasında siyasi qarşılıqlı etimad dərinləşib, əməkdaşlıq isə müxtəlif sahələrdə davamlı şəkildə genişlənib. O vurğulayıb ki, qlobal dəyişikliklər fonunda Çin və Rusiya ikitərəfli münasibətlərin inkişaf kursunu davam etdirməli, insanlığın ümumi inkişaf tendensiyalarını nəzərə almalı və beynəlxalq ədalət naminə məsuliyyət daşımalıdırlar.
Qiymət Mahir
tag: Si Cinpin,Çin ,Moskva,Rusiya,todaypress.az,