Si Cinpin Rusiyaya getdi
Çin prezidenti Si Cinpin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya səfər edib.
TodayPress xəbər verir ki, bu barədə Çinin rəsmi "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilir ki, mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında 29 xarici ölkənin lideri iştirak edəcək.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, paradda Çin Prezidenti Si Cinpin, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Serbiya Prezidenti Aleksandar Vuçiç, Slovakiyanın Baş naziri Robert Fico və bir çox keçmiş Sovet respublikalarının rəhbərlərinin də iştirakı gözlənilir.
Bundan əlavə, ABŞ, İsrail, Ermənistan və Monqolustandan olan müharibə veteranları da tədbirə dəvət olunublar.
Türkan İsgəndərli
tag: Çin,Rusiya,Almaniya,Parad,todaypress.az,