Si Cinpin: “Bəşəriyyətin gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır”
Çin-ABŞ münasibətləri dünyada ən mühüm əlaqələrdən biridir, iki xalqın rifahı və bütün bəşəriyyətin gələcəyi ondan asılıdır.
TodayPress xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Çin-ABŞ Münasibətləri üzrə Milli Komitənin ənənəvi görüşü iştirakçılarına müraciətində ifadə edib.
“Pekin hər zaman iki ölkə arasında münasibətləri qarşılıqlı hörmət, dinc yaşayış və faydalı əməkdaşlıq prinsiplərinə uyğun qurub”, - deyə müraciətdə bildirilir. Qeyd olunub ki, Pekin hər iki ölkənin iqtisadi uğurlarını faydalı hesab edir və bu istiqamətdə bir-birinə kömək etməli olduğunu düşünür.
“Çin ABŞ-ın tərəfdaşı və dostu olmağa hazırdır və bu, təkcə iki ölkəyə deyil, bütün dünyaya fayda verəcək” deyə ÇXR lideri vurğulayıb.
tag: Pekin ,Çin, Prezident ,ABŞ, Si Cinpin, todaypress.az,