Sevastopolda fövqəladə vəziyyət elan edildi
Dünya
04.01.2025 20:54
Sevastopolda sahil
zolağında mazut ləkələrinin aşkarlanması ilə əlaqədar fövqəladə vəziyyət elan
edilib.
TodayPress xəbər verir ki, bu
barədə vilayətin qubernatoru Sergey Razvojayev “Telegram” kanalında məlumat yayıb.
Qubernator bildirib ki,
100 kvadrat kilometrdən çox ərazidə mazut ləkələri aşkar edilib.
Onun sözlərinə görə,
yerli sakinlər və xilasedicilər artıq hadisənin aradan qaldırılmasına
başlayıblar.
Qeyd edək ki, dekabrın
15-də Krım və Krasnodarda Kerç boğazında mazut daşıyan Volgoneft-212 və
Volgoneft-239 tankerləri qəzaya uğrayıb. Bunun ardınca Kubanda Qara dəniz
sahillərinin hissələrinin çirklənməsi baş verib.
Aynur TAC
tag: Sevastopol, Mazut, Fövqəladə Hal, Tanker, todaypress.az,