Seulda batareya istehsal edən zavodda partlayış - 20 nəfər öldü
Dünya
24.06.2024 20:00
Cənubi Koreyanın paytaxtı Seulda litium akkumulyator zavodunda dəhşətli yanğın baş verib.
TodayPress xəbər verir ki, paytaxt Seulun cənubunda yerləşən “Aricell” adlı litium batareya istehsal edən zavodda baş verən yanğında 20 nəfərin həlak olduğu bildirilib.
Hadisə yerinə cəlb
olunan yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, yanğına 35 mindən çox
akkumulyatorun partlaması səbəb olub.
Alovlara müdaxilə etmək üçün bölgəyə 50 yanğınsöndürən maşını və 150 canlı qüvvənin göndərildiyi qeyd edilib.
GÜNEL
tag: Cənubi Koreya, Seul, Partlayış, Yanğınsöndürən, todaypress.az,