Seul və Pxenyan arasında yenidən gərginlik

Dünya

03.06.2024 11:40

850

Cənubi Koreya hökuməti KXDR ilə hərbi müqaviləni dayandırmaq qərarına gəlib.

TodayPress xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

İddialara görə, müqavilə Seul və Pxenyan arasında etimad bərpa olunmayana qədər qüvvədə olmayacaq.

Bundan öncə ABŞ, Yaponiya və Cənubi Koreya “Freedom Edge” adlı ilk üçtərəfli hərbi təlimlər keçirməyə razılaşıblar.

Pentaqon üçtərəfli təlimlərin üçün uzunmüddətli plana uyğun olaraq sistemli əsasda aparılacağını təsdiqləyib.

Qeyd edək ki, mayın 27-də Yaponiya sahil mühafizəsi KXDR-dən naməlum obyektin buraxılışını qeydə alıb və bunun ballistik raket ola biləcəyini ehtimal edir. Bir müddət əvvəl isə Yaponiya raket buraxılışına görə Şimali Koreyaya etiraz etmişdi.  

Günəş Mərd

tag: Seul, Pxenyan, KXDR, Koreya, Yaponiya, todaypress.az,