Səudiyyə Ərəbistanında iqlim fəlakəti: quraqlıqla daşqınlar eyni anda yaşandı

Dünya

04.08.2024 11:15

Son günlərdə Səudiyyə Ərəbistanda iqlim paradoksu yaşanır.

TodayPress xəbər verir ki, bu barədə "Svejesti" məlumat yayıb.

Bildirilib ki, quru iqlimi və az yağıntıları ilə tanınan quraqlıq Ərəbistan yarımadası güclü yağışların təsiri altına düşüb. Xüsusilə ölkənin cənub-qərbində yerləşən Cizan şəhəri ciddi zərər çəkib.

Daşqınlar, həmçinin elektrik enerjisinin verilişində pozuntulara və infrastrukturun zədələnməsinə də səbəb olub.

Hakimiyyət orqanları əhaliyə yardım göstərmək və təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün işləri davam etdirirlər.

Qeyd edək ki, iqlimşünaslar tez-tez baş verən anomal hava hadisələrini qlobal iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

Töhfə Səməd

tag: Daşqın,Fəlakət,BƏƏ, Əhali, todaypress.az,