Səudiyyə Ərəbistanında 6 İran vətəndaşı edam edildi
Səudiyyə Ərəbistanında altı İran vətəndaşı narkotik alveri ittihamı ilə edam edilib.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının təhlükəsizlik orqanları bu şəxsləri sorğu-sual etdikdən sonra məhkəmə sisteminə təqdim edib.
İttihamlar sübuta yetirildikdən sonra onlara edam hökmü verilib və edam hökmü Əş-Şərqiyyə bölgəsində icra olunub.
tag: Edam ,Təhlükə,İttiham, Sübut, todaypress.az,