Səudiyyə Ərəbistanı İsrailin İrana hücumunu pislədi

Dünya

26.10.2024 10:39

2818

Səudiyyə Ərəbistanı İsrailin İrana hücumunu pisləyib və bunu beynəlxalq hüququn, İslam respublikasının suverenliyinin pozulması adlandırıb. 

TodayPress xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

XİN, həmçinin Yaxın Şərqdə eskalasiyanın mənfi nəticələri barədə xəbərdarlıq edərək münaqişə tərəflərini maksimum təmkinli olmağa çağırıb. 

“Krallıq beynəlxalq ictimaiyyəti və iştirak edən tərəfləri regionda gərginliyin azaldılması, münaqişələrin qarşısının alınması və yumşaldılması üzrə öhdəliklərini yerinə yetirməyə çağırır” deyə əlavə edib. 

Töhfə Səməd

tag: Səudiyyə Ərəbistan, İsrail, İran, Hücum, XİN, todaypress.az,