ŞƏT öz valyutasını yaratmaq niyyətindədir
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üçün valyutanın yaradılması üzrə iş hələ də müzakirə olunur.
TodayPress xəbər verir ki, bu barədə qurumun baş katibi Nurlan Yermekbayev "RİA"ya məlumat verib.
Onun sözlərinə görə, hazırda ŞƏT-ə üzv ölkələrin ödəniş sistemləri qlobal ödəniş sisteminə inteqrasiya olunub və müəyyən valyutalarla bağlıdır.
Ümumilikdə, milli valyutaların payının artırılması zərurəti isə başa düşüləndir.
Günəş Mərd
tag: Şanxay ,Valyuta, Niyyət ,Yaratmaq, todaypress.az,