ŞƏT-in baş katibi: “Birgə hərbi təlimlər antiterror xarakteri daşıyır”

Dünya

04.01.2025 10:09

“Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin birgə hərbi təlimləri müstəsna olaraq antiterror xarakteri daşıyır”.

TodayPress xəbər verir ki, bunu təşkilatın baş katibi  Nurlan Yermekbayev  “RİA”ya müsahibəsində bildirib. 

“ŞƏT birgə sərhəd əməliyyatları keçirir. Hərbi təlimlər də keçirilir, lakin onlar antiterror xarakteri daşıyır” deyə Yermekbayev diqqətə çatdırıb.  

O, həmçinin qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi təşkilatın prioritetlərindən biridir. 

 Günəş Mərd

tag: Şanxay ,Katib, Hərbi ,Təlim ,todaypress.az,