ŞƏT-ə sədrlik Çinə keçdi
Dünya
04.07.2024 13:26
Qazaxıstandan sonra Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Çin sədrlik edəcək.
TodayPress “TASS”a istinadən xəbər verir ki, ŞƏT Dövlət Başçıları Şurasının Astana Bəyannaməsinə əsasən, assosiasiyanın növbəti sammiti gələn il Çində keçiriləcək.
Qeyd edək ki, Qazaxıstan Astanada keçirilən sammitdə ŞƏT-də sədrliyinin bir ilini başa vurub. Bu müddət ərzində assosiasiya çərçivəsində bütün əməkdaşlıq spektri üzrə 150-dən çox tədbir keçirilib.
Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan; 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran bu təşkilata qoşulub. Belarus isə bu ildən təşkilata üzvdür.
Günəş Mərd
tag: Çin, Qazaxıstan, Astana, ŞƏT, Şanxay, todaypress.az,