Seşkilərdə Trampa qarşı saxtalaşdırılıq edilib?

Dünya

25.04.2025 18:30

8

ABŞ prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində siyasi rəqiblərinin onun seçilməsinə mane olmaq üçün hərəkət etdiklərini və saxtakarlıq edildiyini iddia edib.

TodayPress xəbər verir ki, o, bu barədə "Time" jurnalına müsahibəsində deyib.

Trampın sözlərinə görə, 2020-ci il seçkilərində də saxtakarlıq hadisələri baş verib. O, siyasi opponentlərinin tənqidlərinə və cəhdlərinə baxmayaraq, prezident vəzifəsinə olan yanaşmasını dəyişməyəcək.

Qeyd edək ki, 2024-cü ildə Tramp ikinci dəfə ABŞ prezidenti seçilib.

Türkan İsgəndərli

tag: ABŞ,Donald Tramp,Prezident,Seçki,Todaypress.az,