Şərqi Timor Papanın vəfatı ilə əlaqədar matəm elan etdi
Cənub-Şərqi Asiyanın ən katolik ölkələrindən biri olan Şərqi Timor Roma Papası Fransiskin vəfatı ilə əlaqədar ölkədə bir həftəlik milli matəm elan edib. Ölkənin prezidenti Joze Ramuş-Orta bildirib ki, Papa Fransiskin ölümü yalnız xristianlar üçün deyil, bütün dünya üçün böyük itkidir.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Şərqi Timor dünyada Vatikandan sonra ən yüksək katolik əhaliyə malik ikinci ölkə hesab olunur, əhalinin 97 faizi özünü katolik olaraq tanıdır.
Ötən il Fransisk Asiyaya səfəri çərçivəsində bu ölkəyə tarixi səfər etmişdi. Onun açıq havada keçirdiyi messada 1,3 milyonluq əhalinin yarıya yaxını iştirak etmişdi.
Aprelin 21-də Şərqi Timordakı kilsələrdə xüsusi dua mərasimləri təşkil olunub, dövlət bayraqları isə yarıya endirilib.
Hökumət Papa səfərini “ölkəmiz üçün tarixi an” kimi qiymətləndirib.
Qiymət Mahir
tag: Şərqi Timor,Papa,Vəfat,Matəm,Todaypress.az,