Sərnişin təyyarəsi qəza siqnalı verdi

Dünya

25.01.2025 14:15

İrlandiyanın “Ryanair” aviaşirkətinin təyyarəsi salonda tüstülənmə səbəbindən havada qəza siqnalı verib.

TodayPress xəbər verir ki, bu barədə “Aviaincident” məlumat yayıb.

Qeyd olunub ki, “Boeing 737-800” sərnişin təyyarəsi Buxarestdən Fransanın Marsel şəhərinə uçurmuş. 

Uçuşdan dərhal sonra pilotlar kabinədə tüstü görünməsi səbəbindən "Mayday" siqnalı veriblər.

Nəticədə təxminən 450 metr yüksəklikdə olan təyyarə uçuşdan 15 dəqiqə sonra hava limanına qayıdıb.

Nicat Osman 

tag: Siqnal,Təyyarə,İrlandiya,Uçuş,Todaypress.az,