Sərhəddə təlimlərə start verildi: Seuldan Pxenyana güc nümayişi
Dünya
02.07.2024 10:26
Yonhap agentliyi Cənubi Koreyanın son altı ildə ilk dəfə Şimali Koreya ilə sərhəd yaxınlığında atışlara yenidən başladığı haqda məlumat yayıb.
TodayPress xəbər verir ki, Cənubi Koreya altı ildə ilk dəfə olaraq Koreya Xalq Demokratik Respublikası ilə sərhəd yaxınlığında yerləşən atış poliqonlarında fəaliyyətini bərpa edib.
Artilleriya təlimləri Kyonqqi və Qanqvon əyalətlərində baş tutub. Atışlar “K-9” özüyeriyən artilleriya qurğularının iştirakı ilə baş tutub.
Nərmin Tuncay
tag: Sərhəd, Təlimlər, Cənubi Koreya,Respublika, Artilleriya, todaypress.az,