Sergey Marçenko: “Kifayət qədər silahımız, raket və artilleriya mərmilərimiz var”
Dünya
11.12.2024 11:42
“Əgər ABŞ-dən Ukraynaya yardım indi dayandırılsa da, Kiyevin 2025-ci ilin yarısına qədər dolanacaq kifayət qədər vəsaiti olacaq”.
TodayPress xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.
"Hesab edirəm ki, ən azı 2025-ci ilin birinci yarısına qədər davam edəcək qədər vəsaitimiz, kifayət qədər silahımız, raket və artilleriya mərmilərimiz var" deyə o, diqqətə çatdırıb.
Ukrayna Maliyyə Nazirliyinin rəhbəri vurğulayıb ki, Kiyevin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə əməkdaşlıq üçün şərait yaratmaq planı olmalıdır.
Töhfə Səməd
tag: ABŞ, Kiyev, Prezident, Rəhbər, todaypress.az,