Sergey Lavrov: "Avrasiya ölkələri ABŞ-nin hegomonluğuna qarşı birləşirlər"
Dünya
27.06.2024 00:15
Avrasiya ölkələri indi ABŞ-nin dünya hökmranlığı iddialarına və Qərbin başqalarının işlərinə qarışmasına birgə müqavimət göstərmək üçün güclərini birləşdirir”.
TodayPress xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov Oxunuşu” yubiley forumundakı çıxışı zamanı deyib.
Yubiley forumunda çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri yeni dünya düzəninin formalaşmasına diqqət çəkib.
Nazir çıxışında, “Asiya, Afrika və Latın Amerikasında getdikcə daha çox ölkə müstəqil xarici dünya axtarışındadır. Müstəmləkəçilik dövründə olduğu kimi öz maraqlarını müdafiə edən və başqalarının hesabına yaşamağa çalışan Qərb azlığının təsirindən xilas edən siyasət axtarışındadır. Bu köhnəlmiş yanaşma açıq şəkildə cənub ölkələrinin müdafiə etdiyi yeni “regional problemlərin regional həlli” prinsipi ilə əvəz olunur. Bu isə o deməkdir ki, qlobal güc balansı Qərbin xeyrinə dəyişmir.”
Sergey Lavrov həmçinin, “ABŞ-də hakim elita özünün çoxsaylı xarici siyasətində və ötən illərdəki hərbi uğursuzluqlarından dərs götürməyib. O, kor-koranə Amerikanın müstəsnalığına inanır. Belə olduğu halda hegemonluğu nəyin bahasına olursa-olsun saxlamaq kursunun iflasa məhkum olduğu şübhəsizdir” deyə əlavə edib.
GÜNEL
tag: Sergey Lavrov, ABŞ, Xarici İşlər Nazirliyi,Avrasiya ölkələri, todaypress.az,