Serbiyanın ən iri aviaşirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırır
Dünya
04.01.2025 21:58
Serbiyanın ən iri aviaşirkəti olan “Air
Serbia” Rusiyanın Kazan (Tatarıstan Respublikası) və Soçi (Krasnodar diyarı)
şəhərlərinə reysləri dayandıracaq.
TodayPress xəbər verir ki, bunu Rusiya
Turoperatorlarının Assosiasiyası (RTA) bildirib.
“Air Serbia”nın rezervasiya sisteminə görə, qış
cədvəlində Belqrada son reys Kazandan yanvarın 19-da, Soçidən isə yanvarın
20-də həyata keçiriləcək” təşkilatın teleqram hesabında qeyd olunub.
Serbiya şirkəti reyslərin dayandırılması ilə bağlı rəsmi
açıqlama verməyib.
“Air Serbia”nın cədvəlində Belqraddan Moskva və Sankt-Peterburqa
reysləri hələ də qalmaqdadır” RTA vurğulayıb.
Qeyd edək ki, daha əvvəl “Türkmənistan” aviaşirkəti
Aşqabad – Moskva – Aşqabad reysini bir ay müddətinə Ləğv etmişdi.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları”na məxsus Bakı –
Qroznı reysini həyata keçirən “Embraer 190” sərnişin təyyarəsi dekabrın 25-də
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67
nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
tag: Serbiya ,Uçuş, Rusiya, Soçi, Belqrad, todaypress.az,