Serbiyanın Baş naziri istefa verdi

Dünya

28.01.2025 14:05

Serbiyanın baş naziri Vuçeviç tələbələrin istefa verib. 

TodayPress xəbər verir ki, bu barədə “Veçerne novosti” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Serbiyanın Baş naziri Miloş Vuçeviç tələbələrin etirazları və ölkədəki daxili siyasi vəziyyətin pisləşməsi səbəbindən istefa verib.   

Əlavə olaraq bildirilib ki, Serbiya prezidenti Aleksandr Vuçiç ölkə daxilindəki vəziyyətlə bağlı növbədənkənar mətbuat konfransı keçirəcək.  

Nicat Osman

tag: Serbiya,Baş nazir,Miloş Vuçeviç,Ölkə,Todaypress.az,