Serbiyada vağzal binasının talvarı uçdu, 13 nəfər öldü
Serbiyanın Novi-Sad şəhərində vağzal
binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
TodayPress “Tanyuq” dövlət informasiya
agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri
İvitsa Daçiç bildirib.
“Səkkiz qurban olduğu zaman biz dağıntılar altında daha
beş nəfərin olduğunu bilirdik, lakin onların sağ və ya ölü olduğunu müəyyən edə
bilmirdik” agentlik Daçiçdən sitat gətirib.
Hüquq-mühafizə qurumunun rəhbəri xilasetmə əməliyyatında
iştirak edən hər kəsə təşəkkürünü bildirib və qurbanların identifikasiyasının
aparıldığını qeyd edib. “Ağır mənzərədir. Bütün bu beton konstruksiyaları
qaldırmaq lazımdır” nazir əlavə edib.
Serbiya hökuməti 2 noyabrı milli matəm günü elan edib.
tag: Serbiya, Ölüm,Tavan, Uçma, vağzal, todaypress.az,