Serbiyada qocalar evində yanğında səkkiz nəfər öldü
Dünya
20.01.2025 13:40
Belqradda yerləşən qocalar evində baş verən yanğın nəticəsində səkkiz nəfər ölüb, yeddi nəfər isə xəsarət alıb.
TodayPress xəbər verir ki, bu barədə RTS telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, Yanğın gecə saat 3:30-da başlayıb, həmin vaxt binada 30 nəfər olub.
İlkin məlumata görə, yanğın qəsdən törədilib.
Nicat Osma
tag: Hadisə, Belqrad, Serbiya, Dünya,todaypress.az,