Serbiya NATO və KTMT-yə üzv olmayacaq

Dünya

24.03.2025 09:30

1046

Serbiya Şimali Atlantika Alyansına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) qoşulmayacaq. 

TodayPress xəbər verir ki, bu barədə Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin məlumat yayıb.

O bildirib ki, Belqrad hərbi neytrallıq siyasətinə ciddi əməl edir və heç bir hərbi blokda iştirakını genişləndirmək niyyətində deyil. 

Vulinin sözlərinə görə, Serbiya bütün ölkələrlə münasibətlərini yaxşı saxlamağa çalışacaq. Bu səbəbdən ölkə nə NATO, nə də KTMT-yə üzv olacaq. 

Qeyd edək ki, daha əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç NATO ilə gələcəkdə yaxşı əməkdaşlıq edəcəyini bildirmişdi.

Türkan İsgəndərli

tag: Serbiya,KTMT,NATO,Belqrad,todaypress.az,