Serbiya heç vaxt NATO üzvü olmayacaq
Dünya
27.10.2024 09:35
“Serbiya heç vaxt NATO-ya qoşulmayacaq”.
TodayPress xəbər verir ki, bunu Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığa məsul nazir Nenad Popoviç deyib.
O qeyd edib ki, 25 il əvvəl Serbiya sakinləri NATO-nun bombardmanının qurbanı olub və Belqrad tamamilə dağıdılıb.
“Bundan sonra Serbiya heç vaxt NATO-nun üzvü olmayacaq. Biz müstəqil və azad siyasət yürüdürük” deyə o vurğulayıb.
Popoviç qeyd edib ki, Avrointeqrasiyaya baxmayaraq, Serbiya BRICS ölkələri: Çin, Rusiya, Cənubi Afrika Respublikası, BƏƏ, Səudiyyə Ərəbistanı və başqaları ilə ikitərəfli əlaqələrin inkişafını dayandırmaq istəmir.
Nazir həmçinin əlavə edib ki, Belqrad, Qərbin təhdidlərinə baxmayaraq Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.
Günəş Mərd
tag: Serbiya,NATO,Rusiya,Üzvlük,Təşkilat,Todaypress.az,