Serbiya ABŞ ilə strateji dialoq gözləyir

Dünya

10.01.2025 09:54

Serbiya ABŞ ilə strateji dialoq və hərbi-sənaye kompleksində (MİK) yaxınlaşma gözləyir. 

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın baş naziri Miloş Vuçeviç bildirib.

“Serbiya Birləşmiş Ştatlarla iqtisadiyyat, enerji, təhlükəsizlik və kibertəhlükəsizlik, kəşfiyyat mübadiləsi, miqrasiya axınlarına nəzarət, insan və narkotik ticarəti ilə mübarizə kimi məsələləri müzakirə etmək niyyətindədir. 

Bütün bu sahələr Serbiya və ABŞ arasında ikitərəfli münasibətlərdə qarşılıqlı maraq doğurur” Vuçeviç vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Serbiya Ordusunun Baş Qərargah rəisi, general Milan Moysiloviç Belqradın Moskva ilə silah tədarükü ilə bağlı bir neçə müqaviləni ləğv etdiyini bildirmişdi. 

O, bu sazişlər çərçivəsində əməkdaşlığın davam etdirilməsini hazırda qeyri-mümkün adlandırıb.

Günəş Mərd

tag: Serbiya, ABŞ ,Vuçeviç ,Qərargah ,todaypress.az,