Serbiya 13 il sonra məcburi hərbi xidməti bərpa etdi

Dünya

17.09.2024 17:45

2605

Serbiya prezidenti Aleksandr Vuçiç ölkədə hərbi xidmətə çağırışın bərpa olunması haqqında fərman imzalayıb. 

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

“Ümid edirəm ki, güclü orduya nə qədər ehtiyacımız olduğunu başa düşürsünüz” deyə ölkə başçısı açıqlayıb. 

Bildirilib ki, xidmət müddəti 75 gündür və kişilər üçün məcburi olacağı təqdirdə, qadınlar könüllü olaraq xidmət edə biləcəklər.

"Biz heç kimə hücum etmək fikrində deyilik, lakin bizi təhdid edənləri qorxutmaq istəyirik" deyə Vuçiç vurğulayıb.

Xatırladaq ki, Serbiya hökuməti 2011-ci ildə məcburi hərbi xidməti ləğv edib. Vuçiçin fərmanının qüvvəyə minməsi üçün sənəd hökumət və parlament tərəfindən təsdiqlənməlidir.

Töhfə Səməd

tag: Serbiya ,Vuçiçin ,Parlament, Prezident ,Hərbi Xidmət ,todaypress.az,