SEPAH polkovniki şübhəli şəkildə öldü

Dünya

18.11.2024 18:05

İranın Kirman əyalətinin Rəfsəncan şəhərində SEPAH polkovniki Məhəmmədrza Bəyazipur həlak olub.

TodayPress xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. 

Məlumata görə, polkovnikin atış poliqonunda qəza nəticəsində öldüyü iddia edilib. 

Qeyri-rəsmi məlumatlarda Bəyazipurun sıravi əsgər tərəfindən güllələndiyi qeyd olunub. 

Günəş Mərd

tag: SEPAH, İran, Atış, Qəza, todaypress.az,