SEPAH öz üzvlərinə rabitə avadanlıqlarından istifadə etməyi qadağan etdi

Dünya

23.09.2024 10:51

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda rabitə cihazlarının silsilə partlayışlarından sonra öz qoşunlarına hər hansı texniki rabitə vasitələrindən istifadə etməyi qadağan edib. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Bildirilib ki, SEPAH təkcə rabitə cihazlarını deyil, demək olar ki, bütün texniki avadanlıqları da genişmiqyaslı yoxlamağa başlayıb. Departamentin rəhbərliyi baş verənlərdən narahatdır və “Hizbullah”dan texniki ekspertizanın nəticələrini, həmçinin partladılmış məhsulların bir neçə nümunəsini istəyib. 

Agentliyin həmsöhbətlərindən birinin qeyd etdiyi kimi, SEPAH həmçinin İsraillə əlaqəli mənbələrdən maliyyə alanları müəyyən etmək üçün öz hərbi personalı, orta və yüksək səviyyəli zabitləri haqqında hərtərəfli araşdırmaya başlayıb. Bura onların həm İrandakı, həm də xaricdəki bank hesablarının yoxlanılması, həmçinin ailələrinin səyahət tarixçəsi daxildir.

Xatırladaq ki, sentyabrın 22-də SEPAH İranın altı vilayətində 12 İsrail agentindən ibarət şəbəkənin aşkar edildiyini açıqlayıb.

Töhfə Səməd

tag: SEPAH ,Agentlik ,Zabitlər ,İran, Hizbullah, todaypress.az,