SEPAH komandanı İraqa səfər edib?
Dünya
07.01.2025 16:42
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani yanvarın 5-də Bağdada yollanıb.
TodayPress xəbər verir ki, bu barədə Ərəb və İraq mediası məlumat yayıb.
İsmayıl Qaaninin Bağdadda Həşd-Şəbi və digər İrana bağlı qüvvələrin liderləri ilə görüşlər keçirəcəyi bildirilir.
Eyni zamanda, Qaani İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə də görüşəcək.
Günəş Mərd
tag: Ərəb ,İraq, Bağdad, Qüvvə, Lider, todaypress.az,