“Sepah” komandanı İranın Suriyadakı hərbi korpus rəisinin ölümünü təsdiqlədi
Dünya
01.12.2024 02:11
İran İslam İnqilabı Keşikçiləri Korpusunun
(“Sepah”) komandanı general-leytenant Hüseyn Salami Suriyada hökumət qüvvələri
ilə Suriya üsyançıları arasında döyüşlər zamanı İranın Suriyadakı hərbi
məsləhətçilər korpusunun rəisi İİKK general-mayoru Kiyumars Purhəşəminin
öldüyünü təsdiqləyib.
TodayPress xəbər verir ki, Salaminin bəyanatını
“Sepah”ın mətbuat xidməti yayıb.
O, üsyançıların fəallaşmasına görə məsuliyyəti İsrailin
üzərinə qoyub.
Xatırladaq ki, daha əvvəl SNN telekanalı Purhəşəminin
“Suriyanın şimalında terrorçuların hücumu nəticəsində” öldüyünü bildirmişdi.
tag: İran, Rusiya, Ölüm, Sepah,todaypress.az,