SEPAH İsraili İranın hücumuna cavab verməmək barədə xəbərdarlıq etdi

Dünya

01.10.2024 22:23

İsrail İranın zərbələrinə cavab verərsə, sarsıdıcı hücumlarla üzləşəcək

TodayPress xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

"İsrail İranın hərəkətlərinə reaksiya verərsə, dağıdıcı hücumlarla üzləşəcək" SEPAH bildirib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri İranın yəhudi dövləti istiqamətində raketlər atdığını bildirmişdi.“The Jerusalem Post”un məlumatına görə, İran 500-ə yaxın raket atıb.

Aynur TAC

tag: SEPAH, İsrail, İran,İnqilab, todaypress.az,