SEPAH İsraili hədələdi

Dünya

02.11.2024 15:50

1529

“İranın İsrailin hücumuna cavabı ani olacaq və yəhudi dövlətinin bütün gözləntilərini üstələyəcək”. 

TodayPress xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, general-mayor Əli Məhəmməd Naini deyib.

“Düşmən hücumuna növbəti cavab qətiyyətli, düşünülmüş və güclü olacaq, onun nəticələri düşmənin anlayışının bütün hüdudlarından kənara çıxacaq. İran bundan sonra yəhudi dövlətinə qarşı əməliyyatlarında hər zaman sürpriz faktorundan istifadə edəcək” deyə o, əlavə edib.  

Töhfə Səməd

tag: İran, İsrail, SEPAH, Hücum, todaypress.az,