SEPAH İranın qərbində hərbi təlimlər keçirir

Dünya

04.01.2025 20:00

1029

İran İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunları (SEPAH) “Böyük Peyğəmbər 19” adlı hərbi təlim keçirir.

TodayPress xəbər verir ki, bu barədə “Irna” məlumat yayıb.

Bildirilib ki, təlimlər Kermanşah vilayətinin Ezqol bölgəsində başlayıb.

Bundan əlavə, SEPAH-ın “Silahlı Qüvvələrin Gücü" adlı təlim də keçirəcəyi qeyd edilib.

Məlumata görə, Silahlı Qüvvələrin birgə təlimi yaxın günlərdə İran regionunda və Körfəzdə başlayacaq.

tag: İran, SEPAH, Təlim, Silahlı, todaypress.az,