SEPAH İranın cənub-şərqində əməliyyat keçirdi, ölənlər var
Dünya
30.12.2024 15:00
İranın cənub-şərqində, Sistan və Bəlucistan əyalətində İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) ilə “Ceyş əl-Ədl” silahlıları arasında qarşıdurma olub.
TodayPress xəbər verir ki, bunu 110-cu Salman Farsi Xüsusi Əməliyyat Briqadasının komandiri, ikinci briqada generalı Məhəmməd Hüseyni bildirib.
Onun sözlərinə görə, silahlı qarşıdurma nəticəsində "Ceyş əl-Ədl" qruplaşmasının xeyli silahlısı öldürülüb.
Məhəmməd Hüseyni vurğulayıb ki, Sepahın Quru Qoşunlarının “Komando” Bölməsi İranın müxtəlif bölgələrində “antiterror əməliyyat”ı keçirib.
O qeyd edib ki, “Sepahın təhlükəsizlik şəhidləri” əməliyyatı zamanı qvardiyanın quru qüvvələri qanunsuz silahlı qruplaşmanın bir neçə sığınacağını məhv edib.
tag: İran ,Sistan ,Bəlucistan ,Ceyş əl-Ədl,Məhəmməd Hüseyni,todaypress.az,