SEPAH: İrana qarşı təxribat törədənlər peşman olacaq

Dünya

22.04.2025 17:35

9

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Əli Məhəmməd Naeini bildirib ki, ölkəyə qarşı ediləcək istənilən düşmən təcavüzü qətiyyətli cavab tədbirləri ilə nəticələnəcək. 

TodayPress xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb. 

O əlavə edib ki, İnqilab Keşikçiləri ölkənin digər hərbi qüvvələri ilə birlikdə milli təhlükəsizlik elementlərinə qarşı yönələn hücumlara ciddi cavab verməyə hazırdır. 

General Naeini SEPAH-ı dünyanın ən böyük anti-terror təşkilatlarından biri kimi xarakterizə edib və qeyd edib ki, bu qurum əzilən xalqlar arasında cihad ideyalarını və zülmə qarşı mübarizə düşüncələrini yaymaqdan qürur duyur. 

Töhfə Səməd

tag: İran,SEPAH,ABŞ,Hücum,Todaypress.az,