SEPAH-ın zabiti İsraili təhdid etdi

Dünya

20.08.2024 11:28

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, kontr-admiral Əli Fədavi bildirib ki, HƏMAS-ın Tehrandakı siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrail daha sərt cavab alacaq.

TodayPress xəbər verir ki, bu barədə  “Mehr” məlumat yayıb. 

Əli Fədavinin sözlərinə görə, SEPAH İsmayıl Haniyənin öldürülməsinə uyğun vaxtda və məkanda cavab verəcək. İsrail Haniyəni qətlə yetirməklə ağır cinayət törədib və bu dəfə o, əvvəlkindən qat-qat ağır cəzalandırılacaq.

Töhfə Səməd

tag: İran, ismayıl Haniyə, SEPAH, Əli Fədavi, Cəza, todaypress.az,