SEPAH-ın hərbi müşaviri Dəməşqdə öldürüldü
Dünya
03.10.2024 15:45
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyada olan hərbi müşaviri Məcid Divani üç gün əvvəl İsrail ordusunun Dəməşqə endirdiyi hava hücumu nəticəsində aldığı xəsarətlərdən ölüb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə SNN agentliyi məlumat yayıb.
“Üç gün əvvəl Dəməşqə endirilmiş hava hücumu nəticəsində SEPAH-ın Suriyada olan müşavirlərindən biri Məcid Divani aldığı xəsarətlər nəticəsində bu gün ölüb” məlumatda bildirilib.
tag: SEPAH, Dəməşq ,SNN, Hücum ,Suriya ,Məcid Divani ,İsrail, todaypress.az,