SEPAH generalı İsraili hədələdi

Dünya

01.11.2024 16:10

İran İsrailə qarşı “ölümcül” cavab zərbəsi endirəcək və ölkə öz gizli imkanlarından yararlanacaq. 

TodayPress xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) daxil olan hərbiləşdirilmiş Bəsic milislərinin komandiri, general-mayor Qulamrza Süleymani deyib.

“İran xalqı hələ də düşmənə qüdrətini göstərməyib. Bizim çox böyük potensialımız var. İsrail İrana zərbələr endirməklə böyük səhv etdi. Ancaq biz düşmənin bu səhvini düzəldəcəyik, ölümcül zərbə vuracayıq” deyə general çıxış edib.

Xatırladaq ki, oktyabrın 26-da İsrail Müdafiə Qüvvələri çoxsaylı davamlı hücumlara cavab olaraq İranın daxilindəki hərbi obyektlərə zərbələr endirib. İslam Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələri bəyanatında İlam, Tehran və Xuzistan əyalətlərindəki hərbi hədəflərin hücuma məruz qaldığını, lakin hava hücumundan müdafiə sistemlərinin əsas hücumu uğurla dəf etdiyini bildirib. İsrailin zərbələri nəticəsində azı dörd İran əsgəri və bir mülki şəxs həlak olub.

Töhfə Səməd

tag: SEPAH, İsrail, İslam,Qulamrza Süleymani ,Tehran, todaypress.az,