SEPAH generalı: “İran birbaşa ABŞ ilə müharibə aparır”

Dünya

24.10.2024 17:20

1426

“İran İsraillə üz-üzə deyil, ABŞ ilə birbaşa hərbi münaqişədədir”. 

TodayPress xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsfahandakı qərargah komandiri, general-mayor Müctəba Fəda deyib.

Onun sözlərinə görə, İsrail və ABŞ Livanda vətəndaş müharibəsinin alovlanmasına can atır. 

Xatırladaq ki, İran oktyabrın 1-də HƏMAS, “Hizbullah” və SEPAH-ın rəhbər şəxslərinin öldürülməsinə cavab olaraq İsrailə qarşı geniş raket hücumu həyata keçirib. Tehran bildirib ki, raketlərin 90%-i nəzərdə tutulan hədəfləri uğurla vurub. Lakin İsrail bunun əksini iddia edərək İranın əslində cəmi 180-ə yaxın raket atdığını və onların əksəriyyətinin ələ keçirildiyini açıqlayıb.

Öz növbəsində İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkəsinin bu halda İsrailə qarşı cavab zərbələrinin daha da genişlənəcəyi barədə xəbərdarlıq edib. 

Töhfə Səməd

tag: İran,ABŞ,Hizbullah, HƏMAS, SEPAH, todaypress.az,