SEPAH-dan İsrailə xəbərdarlıq
“İranın “Doğru vəd 2” əməliyyatı çərçivəsində İsrailə raket və pilotsuz təyyarə hücumu sadəcə xəbərdarlıq xarakteri daşıyır”.
TodayPress “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-leytenant Hüseyn Səlami bildirib.
“Biz İsrailə deyirik ki, “Doğru vəd 2” ən kiçik miqyasda xəbərdarlıqdır. Biz gücümüzün kiçik bir hissəsini nümayiş etdirdik” deyə o, qeyd edib.
Hüseyn Səlami ABŞ-nin İsraili gücləndirmək məqsədilə THAAD sistemləri göndərməsindən danışarkən bildirib ki, Ağ Evin bu addımı faydasızdır.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə qarşı keçirdiyi əməliyyatı “Doğru vəd 2” adlandırıb.
Günəş Mərd
tag: SEPAH, İsrail, ABŞ, THAAD, Ağ Ev, todaypress.az,