SEPAH Çindən kömək istəyir
Dünya
17.08.2024 15:50
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) uzaqdan izləmə və məlumat toplama sahəsində imkanlarını genişləndirmək üçün “Changguang” və “Minospace” ilə əməkdaşlıq etməyə çalışır.
TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Bildirilib ki, İran bu əməkdaşlıq çərçivəsində Çindən İsraildə və bütün Yaxın Şərqdəki hərbi hədəflərin yüksək keyfiyyətli görüntülərini istəyə bilər.
Qəzet Qərb təhlükəsizlik rəsmilərinə istinadən vurğulayıb ki, son aylarda SEPAH-ın nümayəndə heyətləri ilə bu Çin şirkətləri arasında bir neçə görüş keçirilib.
Qeyd edək ki, adı çəkilən hər iki Çin şirkəti güclü kameralara malik kiçik peyklərin istehsalı üzrə ixtisaslaşıb.
Günəş Mərd
tag: İslam, Çin, İsrail,Qərb, SEPAH, todaypress.az,