Senatorlar Baydenə məktub ünvanladılar – HESAB VER!

Dünya

02.11.2024 13:30

2196

Konqresin Nümayəndələr Palatasından bir qrup demokrat Amerika prezidenti Cozef Baydendən ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq münaqişəsindəki rolu haqqında hesabat verməsini tələb edib.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

“Bölgədə son eskalasiya, İsrail və İran arasındakı münaqişənin şiddətinin artması, həmçinin İsrailin Livan və Qəzzaya qurudan müdaxiləsi fonunda biz ABŞ Hərbi Hava Qüvvələrinin hərbi əməliyyatlarda artan rolundan və iştirakından dərin narahatıq” deyə Baydenə göndərilən məktubda yazılıb. Onu Konqresin aşağı palatasındakı bir sıra Demokratik nümayəndələr imzalayıb.

Məktub müəllifləri qeyd ediblər ki, Yaxın Şərq münaqişəsinin kəskinləşməsi İsrail hakimiyyətinə milyardlarla dollarlıq silah və hərbi yardımın tədarükü, kəşfiyyat məlumatlarının ötürülməsi və əməliyyat koordinasiyası, həmçinin ABŞ-nin diplomatik örtüyü sayəsində baş verib.

Demokratlar Baydeni ABŞ-nin İsrailin İrana zərbələrində iştirak etmək qərarına gəlsə, bunun hansı əsaslarla olacağı və İranın ABŞ üçün milli təhlükəsizliyə təhdid olub-olmaması ilə bağlı suallara cavab verməyə çağırıb. 

Töhfə Səməd

tag: Livan, Senatorlar, Qəzza, ABŞ, Bayden,Qəzza, todaypress.az,