Senator: “Baydenin Ukrayna ilə bağlı strategiyası yoxdur”
“ABŞ prezidenti Cozef Baydenin administrasiyası ya qorxusundan Ukrayna strategiyasını Konqreslə bölüşmür, ya da sadəcə belə bir strategiyası yoxdur”.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu fikri respublikaçı senator, Xarici Əlaqələr Komitəsinin üzvü Cim Riş deyib.
Riş vurğulayıb ki, Ukraynanı dəstəkləyən ABŞ qanunvericiləri Bayden administrasiyasından Kiyevə dəstək strategiyası hazırlamağı xahiş edirlər. Onlar isə buna məhəl qoymurlar.
"Prezident Co Bayden və vitse-prezident Kamala Harris təkcə bizə deyil, bütün Amerika xalqına bir strategiya təqdim etməlidirlər. Onların hərəkətsizliyi strategiyanın olmadığını və ya bunu bölüşməkdən qorxduqlarını göstərir" deyə Riş qeyd edib.
Günəş Mərd
tag: ABŞ, Bayden, Kamala Harris, Prezident, Ukrayna, todaypress.az,